SİZİN REKLAM BURADA!
055 213 76 73


5 yanvar tarixində BAKU.WS-in fəaliyyətə başladığı gündən düz 16 il ötür!

Bu 16 ildə xəbər portalımız oxucularına dünyanın istənilən nöqtəsindən və Azərbaycandan ən maraqlı məlumatları çatdırıb və bu işini uğurla davam etdirməkdədir.

Daim eksklüziv xəbərlər, araşdırma xarakterli məqalələrlə oxucuların rəğbətini və etimadını qazanan BAKU.WS qısa zamanda Azərbaycan seqmentində etibarlı KİV resurslarından birinə çevrilib. İndi xəbər deyəndə ilk növbədə BAKU.WS yada düşür.

Saytımızın oxucularının sayı hər ay milyonlarla ölçülür. BAKU.WS-in Azərbaycanın bölgələrində və ölkə xaricində fəaliyyət göstərən xüsusi müxbirləri 7/24 baş verən hadisələri operativ olaraq oxucumuza təqdim edir. Tam əminliklə demək olar ki, BAKU.WS oxucusu dünyanın istənilən nöqtəsində baş verən hadisə və yeniliklərdən məlumatsız qalmayacaq.

BAKU.WS tək informativ sayt deyil. Biz, həmçinin sosial layihələrdə iştirak edirik. İmkansız ailələrə yardım əli uzadırıq. Onların müalicə və sağlamlıq xərclərini qarşılaya bilməsi üçün zaman-zaman insanlara xeyriyyə çağırışları edirik. Çağırışlarımız xeyirxah insanların qulağına tez çatır və neçə-neçə insan şəfa taparaq həyatlarına davam edirlər.

İdman sahəsində uğurla çıxış edən gənclərə dəstək olur, Azərbaycan bayrağını dalğalandıran idmançılarımız haqqında maraqlı məlumatlar hazırlayırıq.

BAKU.WS-in oxucularının daha rahat xəbərləri izləyə bilməsi üçün sosial şəbəkələrdə rəsmi səhifələrimiz fəaliyyət göstərir. BAKU.WS 2020-ci ildə də qarşısına ən yüksək hədəflər qoyub.

Bizi seçdiyiniz üçün BAKU.WS komandası adından sizə təşəkkür edirik! Növbəti illərdə də etimadınızı doğruldacağımıza söz veririk!

BAKU.WS