SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Məşədilər kəndində qeydə alınıb.

Belə ki, minik avtomobilinin aşması nəticəsində sərnişin, həmin kənd sakini, 1974-cü il təvəllüdlü Həşimova Natavan Xəzail qızı xəsarət alıb.

Yaralı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS