055 213 76 73
Gəncə şəhərində bıçaqlanma faktı qeydə alınıb.
BAKU.WS bölgə muxbirinin verdiyi məlumata əsasən hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
1993-cü il təvəllüdlü Turan Elçin oğlu Novruzov bıçaq xəsarəti ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Əməliyyat edilən 26 yaşlı şəxsin vəziyyəti kafi qiymətləndirilir.
Yaxınları onun özü-özünə xəsarət yetirdiyini bildirib.
Faktla bağlı araşdırma başlanılıb,hadisənin təfərrüatları dəqiqləşdirilir.
BAKU.WS