SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünya neft bazarı İranın qiymətlərin stabilləşməsi məqsədi ilə atılan bütün tədbirləri dəstəkləməyə hazır olduğu barədə bəyanatı fonunda canlanıb.

BAKU.WS xəbər verir ki, birjalar İranın bəyanatına yüksəlişlə reaksiya verib. Brent markalı neftin bir barrelinin qiyməti sessiya ərzində 7 faiz bahalaşaraq fevralın 18-də 35 dolları keçib. WTI markalı neftin barreli isə 5,5 faiz artaraq 31 dolardan baha satılıb.

Ekspertlər sanksiyalardan sonra bazara qayıdan İranın diskussiyanı davam etdirmək üçün qısa diplomatik cavabla kifayətlənəcəyini düşünürlər. Analitiklər isə hesab edirlər ki, İranın danışıqlarda iştirakı neft qasırğasının səngiməsinə səbəb olacaq.
 
BAKU.WS