055 213 76 73
Bu gün Türkiyədə baş verən terror aktında 6 türk hərbçi həlak olub.
BAKU.WS-in məlumatına görə, Diyarbakırda hərbi maşın hərəkət etdiyi zaman partladılıb. Hərbçilərin xidməti avtomobilini qüsdar üsulla hazırlanmış partlayıcı ilə sıradan çıxarıblar.
Partlayış nəticəsində 6 əsgər şəhid olub, 1 əsgər ağır yaralanıb. Zirehli maşını uzaqdan idarə edilən bomba ilə partladıblar. Partlayışın gücü o qədər olub ki, yerdə böyük bir deşik yaranıb.
Terror aktından sonra hadisə yerinə çox sayda təcili yardım göndərilib.
Xatırladaq ki, Türkiyədə dünən də terror hadisəsi baş verib. Ankarada baş vermiş terror hadisəsi baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.
Ziya Babayev
BAKU.WS