VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kənd Təsərrüfatı naziri İnam Kərimovun əmri ilə Dövlət Aqrar İnkişaf Mərkəzinin Şəmkir rayon Mərkəzinə (DAİM) yeni rəis təyin olunub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, əmrə əsasən Rəşad Əzizov Şəmkir rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi təyin edilib.

R.Əzizov yeni vəzifəsinə qədər İcra Hakimiyyəti Aparatında məsləhətçi vəzifəsində çalışıb.

İnam Kərimovun digər sərəncamı ilə Tovuz rayonuna da yeni rəis təyib edilib.

Belə ki, Emin Eyvazov Tovuz rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi vəzifəsini icra edəcək.

BAKU.WS