SİZİN REKLAM BURADA!
055 213 76 73


Millimizin futbolçusu Rüfət Dadaşov karyerasını Vyetnamda davam etdirəcək.

BAKU.WS "Qol.az"a istinadən xəbər verir ki, bu barədə Vyetnam mətbuatı yazıb.

Bildirilir ki, ölkənin yüksək liqa təmsilçisi "Nam Din"in heyətinə cəlb etdiyi yeni oyunçular arasında "Proyssen"də çıxış edən Rüfət Dadaşov da var.

"Nam Din" Vyetnam çempionatında başa çatan mövsümü 31 xalla 14 komanda arasında 11-ci sırada tamamlayıb.

Qeyd edək ki, Rüfət Dadaşovun Almaniya klubu ilə müqaviləsinin müddəti 2020-ci ilin yayında başa çatırdı.

BAKU.WS