SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəzər TV-də yayımlanan "Səni axtarıram" proqramında doğma anasını axtaran 14 yaşlı Aysun haqqında şok faktlar ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, yeniyetmə qız telekanaldan çıxarkən naməlum şəxslər təxminən 2 yaşlarında olan uşağı onun qarşısına qoyaraq sahib çıxmasını tələb ediblər.

Həmin gündən sonra Aysun günlərlə yoxa çıxıb və efirə gəlməkdən imtina edib. Xoşqədəm Hidayətqızı DNT analizlərinin cavablarını açıqlamaq üçün efirə gəlməsinin vacibliyini vurğulayaraq onu çağırıb.

Nəhayət dünən verilişin sonunda efirə gəlib. Bu gün də proqrama gətirilən Aysun qorxa-qorxa olsa da, bəzi məqamları açıqlayıb. Aysun özü də həmin uşağın anası olduğunu deyir. Onun sözlərinə görə, uşaq 2018-ci ilin fevral ayında doğulub. O, uşağı dünyaya gətirərkən özündə olmadığı üçün xəstəxananın adını bilmədiyini deyib.

Ekspertlər onun 12 yaşında ana olduğuna inanmaq istəməyiblər. 

X.Hidayətqızı açıq söyləməsə də, Aysunun cinayətkar dəstə tərəfindən istismara qaldığına işarə edib və onların ifşa olunması üçün canlı yayımdan respublika prokurorluğuna müraciət edib.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO