SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.

BAKU.WS xəbər verir ki, Bilal Ərdoğan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından və öz adından dövlətimizin başçısını ad günü münasibətilə təbrik etdi, ona Azərbaycan xalqının rifahı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzuladı.

Təbrikə və göstərilən diqqətə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefonla danışdığını məmnunluqla qeyd etdi.

Söhbət zamanı Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kubokunun final mərhələsinin Azərbaycanda yüksək səviyyədə təşkil olunduğu bildirildi, milli idman oyunlarının inkişaf etdirilməsi istiqamətində ölkələrimizin əməkdaşlığının önəmi vurğulandı.

BAKU.WS