SİZİN REKLAM BURADA!
055 213 76 73


Qasımov və Cabbarova soyadlı iki gənc Xalq artisti Zeynəb Xanlarovaya olan sevgilərindən onun soyadını götürüblər.

BAKU.WS xəbər verir ki, Qasımov soyadlı gənc oğlan və Cabbarova soyadlı gənc qız soyadlarını dəyişərək Xanlarova olublar.

Canlı əfsanənin soyadlarını dəyişən gənclər görüntüləri sosial şəbəkədə yayılıb. Z.Xanlarova gənclərin bu addımına özü də məəttəl qaldığını bildirib:

"Sevgi belə olar. Şəxsən mən kimisə nə qədər sevsəm də, soyadımı dəyişmərəm. Görün bunlarda məhəbbət, sevgi nə qədərdir ki, mənə görə soyadlarını dəyişiblər. Vallah, mən məəttəl qalmışam.
Bax, mən bu sevgi üçün yaşayıram. Mən beş-altı insan üçün yaşamıram. Əsl məhəbbət belə olar! Belə şeyi ilk dəfə görürəm".

Aysel
BAKU.WS
VİDEO