SİZİN REKLAM BURADA!
055 213 76 73


Daha bir magistral su xəttində qəza baş verib.

"Azərsu" ASC-dən BAKU.WS-ə verilən məlumata görə, Ceyranbatan-Binəqədi magistral kəmərlərinin birində baş vermiş qəza ilə əlaqədar Abşeron (Ceyranbatan, Saray, Masazır qəsəbələrinin bir hissəsi) və Binəqədi (Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsi) rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılıb.

"Azərsu" ASC-nin mütəxəssisləri və qəza briqadaları hadisə yerindədir, qəzanın aradan qaldırılması üçün lazımi tədbirlər görülür.

BAKU.WS