VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycandakı bütün seçki məntəqələrində bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başa çatıb.

BAKU.WS-in məlumatına görə, hazırda məntəqələrdə səslərin sayılması prosesi başlayır.

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.

Bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.

Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müşahidə edib.

Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.

BAKU.WS