SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Sabunçu rayonu ərazisində kütləvi davanı törətməkdə şübhəli bilinən şəxslərdən ikisi saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Operativ axtarış tədbirləri nəticəsində 19-cu polis bölməsinin əməkdaşları şübhəliləri saxlayıblar. Onlardan biri daha əvvəl “xuliqanlıq” maddəsi ilə məhkum olunmuş 26 yaşlı Yevlax rayon sakini Məmmədov Şəmistan Elman oğlu, o biri isə, 25 yaşlı Bakı sakini Əhmədov Vasif Əli oğlu olub.

Hazırda davada iştirak edən digər şəxslərin tapılması üçün axtarışlar davam edir.

Hələlik hadisənin səbəbi məlum deyil.

Qeyd edək ki, Ramana qəsəbəsində dekabrın 22-si saat 18:40 radələrində bir neçə şəxsin iştirakı ilə dava baş verib.

Nəticədə, 28 yaşlı Zərdab rayon sakini Xəlilzadə Murad Məzahir oğlu sinə nahiyəsindən, 31 yaşlı Bakı sakini Vəliyev Əli Cəmil oğlu kürəyindən iki bıçaq yarası alıb.

Digər zərərçəkən isə 35 yaşlı Qubadlı rayon sakini Rzayev Vüsal Zöhrab oğludur.

Zərərçəkənlər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. M.Xəlilzadə və Ə.Vəliyevin vəziyyətlərinin ağır olduğu bildirilir.

BAKU.WS