SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən Yasamal rayonunda güllələnən Zülfü Muradovla bağlı yeni məlumatlar ortaya çıxıb.

BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, onun topdansatış meyvə ticarəti ilə məşğul olduğu bildirilir.

Məlumata görə, Z.Muradov bir neçə ay əvvəl qısa müddətli həbsdə olub. O, özünün sosial şəbəkədəki hesabında məclislərdən birində məşhur meyxanaçı Rəşad Dağlı ilə birgə fotosunu da paylaşıb.

Qeyd edək ki, naməlum şəxs “Niva” sürən Z.Muradovu və onun yanında olan İlkin Babayevi güllələyib. Zülfüyə ümumilikdə dörd güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

BAKU.WS
QALEREYA