SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Rəqsanə İsmayılova ərdə olmasına baxmayaraq hələ də evlilik təklifi alır.

BAKU.WS xəbər verir ki, o bu barədə “ATV Maqazin Onlarla” proqramında danışıb.

Sənətçi Rusiyada yaşayan iş adamı Fazil Əmiraslanovla ailəli olduğu halda dəfələrlə evlilik təklifi aldığını aşəıqlayıb:

“Efirdə həyat yoldaşımı göstərdilər, bəlkə 5-6 nəfərdən belə bir mesaj aldım:

"Mənimlə evlənərsən?" Ay bədbəxt, sən görmürsən ki, evliyəm? Xəstəsiz? Görmürsüz ki, ailəliyəm?

Həyat yoldaşım bilir ki, mən bir milyon kişinin arasına başı dik girib, başı dik də çıxa bilərəm. Həyat yoldaşım mənim keçmişimi də bilir, bu günümü də”.

Aysel
BAKU.WS
VİDEO