SİZİN REKLAM BURADA!
055 213 76 73


“Mən seçiciləri seçkilərdə aktiv olmağa çağırıram”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, əgər hansısa bu və ya digər xoşagəlməz hallarla bağlı MSK-ya müraciət daxil olarsa, dərhal Seçki Məcəlləsinin tələbinə uyğun olaraq addımlar atılacaq:

“İndiyə qədər MSK-ya hansısa rəsmi müraciət daxil olmayıb. Ancaq qaynar xətt vasitəsilə müəyyən müraciətlər daxil olub. Onlar da texniki xarakter daşıyıb və dərhal həllini tapıb. Biz bütün imkanlardan istifadə edirik ki, xoşagəlməz hallar baş verərsə, onlar namizədlərin xeyrinə həll olunsun”.

M.Pənahov sözlərinə əlavə edib ki, bütün məntəqələrdə müşahidəçilər və KİV işçilərinin peşə fəaliyyətini qanunvericiliyin tələbinə uyğun həyata keçirmək üçün bütün şərait yaradılıb:

“Həmçinin hər bir şəxs MSK-nın rəsmi saytına daxil olaraq seçkiləri onlayn izləyə bilər. Hesab edirəm ki, seçki prosesinin şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb”.

BAKU.WS