SİZİN REKLAM BURADA!
055 213 76 73


Yeni il bayramı ilə əlaqədar uşaqları Şaxta baba və Qar qız ilə sevindirmək istəyənlər təkcə parklara və digər yerlərə üz tutmurlar. Sosial şəbəkələrdə bu cür xidmətlər göstərən şəxslər var.

BAKU.WS Xezerxeber.az-a istinadla xəbər verir ki, onlar evlər, restoranlar və digər tədbirlərə gedib uşaqları sevindirirlər. Bu xidmətin qiyməti isə 15-80 manat arasında dəyişir.

Bir neçə ildir ki, uşaqları Şaxta baba geyimində sevindirən Tural Nəbiyev deyir ki, təkcə restoranlara deyil, evlərə də gedib bu xidməti göstərirlər.

Ceyhun Əhədi isə bu işin təşkilatçılığı ilə məşğuldur. Qymətlər Şaxta baba və Qar qızın gedəcəyi ünvana və göstərdiyi xidmətə görə dəyişir.

Bayrama sayılı günlər qalmasına baxmayaraq, artıq müraciət edənlər də var. Ötən illərlə müqayisədə isə sifarişlərin sayında azalma müşahidə olunur.

Vətəndaşlar bildirir ki, əvvəlki illərlə müqayisədə Şaxta baba və Qar qıza daha az rast gəlinir.

Qeyd edək ki, Şaxta baba və Qar qız olmaq istəyən şəxslər Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edə bilərlər. Bunun üçün həmin şəxslər 60 manat rüsüm ödəməlidirlər.

BAKU.WS
VİDEO