SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin deputatı Cavanşir Feyziyev oğlu Orxan Feyziyevə dəbdəbəli toy keçirib.

BAKU.WS "Demokrat.az"a istinadən xəbər verir ki, mərasim paytaxtın ən prestijli otellərindən biri “JW Marriott Absheron Baku”da təşkil olunub.

Şəkinin deputatının oğlu Orxan Feyziyev dünən Pınar adlı xanımla ailə həyatı qurub.

Toy mərasimində Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Röya Ayxan, Miri Yusif, müğənni Azad Şabanov, digər populyar ifaçılar və sənət adamları iştirak ediblər.

Xatırladaq ki, cütlüklər bu ilin oktyabrında nişanlanmışdılar.

Onların dəbdəbəli nişan mərasimi “Four Seasons Hotel Baku” otelində baş tutmuşdu.

BAKU.WS
VİDEO