SİZİN REKLAM BURADA!
055 213 76 73


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Astara, Ağdam, Tərtər, Saatlı, İmişli, Zaqatala və s. rayonlarda yeni inşa olunmuş 21 fərdi yaşayış evini şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.

Bu barədə BAKU.WS-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat daxil olub. 

Evlərin istifadəyə verilməsi tədbirlərində Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş amilinin dayandığı vurğulanıb. Vətəndaş rifahının təminatı istiqamətində tədbirlərin geniş vüsət aldığı, həssas əhali qrupları ilə bağlı mühüm sosial proqramların ildən-ilə genişləndirildiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması ölkəmizdə aparılan güclü sosial siyasətin mühüm tərkib hissəsidir. Bu məqsədlə icra olunan proqramlardan biri də şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillərlə, fərdi yaşayış evləri ilə təmin olunmasıdır.

Bu kateqoriyalardan olan vətəndaşlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, 2019-cu ildə 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, onlardan artıq böyük əksəriyyəti təqdim edilib.

Ümumilikdə indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7256 mənzil və fərdi ev təqdim edilib.

Yeni fərdi yaşayış evi ilə təmin edilən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların sosial təminatlarının gücləndirilməsinə göstərilən yüksək qayğıya və bu gün yeni fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

BAKU.WS
QALEREYA