VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ustad İmadəddin Nəsimi haqqında “Azərbaycanfilm”də ekranlaşdırılan “Nəsimi” filmi bərpa edilib.

Bu barədə “Balans” Milli Rəqəmsal Bərpa Studiyasından BAKU.WS-ə məlumat verilib.

Film şairin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Mədəniyyət Nazirliyi, Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupunun sifarişi və dəstəyi ilə yenilənib.

ANS Şirkətlər Qrupuna Daxil olan Balans Milli Rəqəmsal Bərpa Studiyası, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun dəstəyi ilə Dekabrın 20-də Nizami Kino Mərkəzində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə, Azərbaycan kinosunun incilərindən sayılan, bərpa olunmuş “Nəsimi” bədii filminin təqdimat mərasimi keçirilib.

Təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev filmin pozitivində olan texniki qüsurlardan danışaraq, bərpa prosesinin çətinliyini vurğuladı.

“Lakin nəticə olaraq, Azərbaycanın kino incisini xalqımıza yüksək keyfiyyətdə qaytardıq”. Vahid Mustafayev filmin əvvəlki və bərpadan sonrakı vəziyyətini ekranda əyani şəkildə nümayiş etdirdi.

Tamaşaçılara bərpa prosesinin necə aparılması ilə bağlı da film haqqında film də təqdim olunub.

Təqdimat mərasimində çıxış edən “Azərbaycanfilm” Kinostudiyasının direktoru Cəmil Quliyev Azərbaycan mədəniyyətinin özəyini təşkil edən kinoların bərpa edilməsində göstərdiyi müstəsna xidmətlərinə görə “Balans Studiyası”na təşəkkürünü bildirdi.

Cəmil Quliyev qarşıdan gələn 2020-ci ildə də bu layihənin davamını gözlədiyini də bildirilib.

Daha sonra filmdə Fatma rolunu canlandıran Xalidə Quliyeva çıxış edərək bu filmə ayrılan diqqət üçün “Balans” Studiyasına təşəkkürünü bildirərək, filmin çəkilişləri barədə təəssüratları ilə bölüşüblər.

Tədbirdə Azərbaycanın tanınmış mədəniyyət, elm və ictimai xadimləri iştirak edib.

Xatırladaq ki, tammetrajlı bədii filmi İsa Hüseynovun senarisi ilə rejissor Həsən Seyidbəyli 1973-cü ildə ekranlaşdırıb.

Əsas rollarda Rasim Balayev, Yusif Vəliyev, Xalidə Quliyeva, Muxtar Maniyev və başqaları çəkiliblər.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO

QALEREYA