SİZİN REKLAM BURADA!
055 213 76 73


Amerikada yaşayan 32 yaşlı Sandra Blanko adlı qadın nişanlısı tərəfindən tərk edilincə maraqlı addım atıb.
BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, Sandra və nişanlısı 1,5 il ildir ki birlikdə idilər. Lakin toya bir həftə qala kişi qərarını dəyişdirir və onu tərk edir. Sandra əvvəl toyu ləğv edib pulunu almaq istəsə də, toy təşkilatçıları bunun mümkün olmadığını bildirib. Əlacsız qalan qadın özü ilə evlənməyə qərar verir.

O, toy fotoları üçün bir modellə anlaşaraq bəy rolu ifa etməsini istəyir. Özü üçün gəlinlik alır və hətta rahiblə də anlaşır.

Sandra bu hadisədən sonra həyata baxışının dəyişdiyini də bildrib.

"Anladım ki, əsas dəyərli olan insanın özüdür. İlk olaraq özümüzü sevməliyik. Onda hər şey əla olur" deyə, o, bildirib.

BAKU.WS
QALEREYA