SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı müəyyənləşib.

BAKU.WS-in məlumatına görə, "Sumqayıt" komandası öz meydançasında "Neftçi"ni yarımfinaldan kənarlaşdırıb.

Sumqayıtlılar buna 1/4 final mərhələsinin cavab oyununda qolsuz heç-heçə etməklə nail olub. Səfərdə baş tutan ilk matçda 1:0 hesabı ilə qalib gələn Sumqayıtın eyni adlı təmsilçisi yoluna davam edib.

Qeyd edək ki, bunadək "Zirə" və "Qəbələ" növbəti raunda vəsiqə qazanaraq ilk yarımfinal cütünü təşkil ediblər. "Sumqayıt"ın rəqibi isə "Keşlə" - "Qarabağ" cütünün qalibi olacaq.

BAKU.WS