SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva nişanlanıb.

BAKU.WS xəbər verir ki, 28 yaşlı ifaçının nişan mərasimi bir neçə gün öncə baş tutub.

O, nişandan çəkilmiş şəkli sosial şəbəkədə paylaşaraq belə şərh yazıb: "Hər şey "Salam Aynişan xanım, xoş gəlmisiniz" ilə başladı..."

Fotoda cütlüyün üzü görünməsə də, hər ikisinin nişan üzüyü görünür.

İzləyicilər onu xoş sözlərlə təbrik ediblər. 

Aysel
BAKU.WS