SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Şərqi Aralıq dənizindəki faəliyyəti bir neçə ölkəni heç də məmnun etmir.

BAKU.WS DHA-ya istinadən xəbər verir ki, Misir, Yunanıstan və Kipr rəsmi Ankaraya qarşı birləşiblər.

Xarici İşlər nazirləri səviyyəsində toplanan ölkələr, Türkiyənin Aralıq dənizi planlarına maneə törətmək məqsədiylə atılacaq addımların koordinasiyası mövzusunda razılaşıblar.

Bundan əlavə Kipr prezidenti Nikos Anastasiadeslə misirli həmkarı Əbdülfəttah əl-Sisi arasında telefon danışığı olub.

Prezidentlər Türkiyənin Şərqi Aralıq dənizindəki addımları və Ankara ilə Liviya Milli Şurasının sədri arasında imzalanan müqaviləni müzakirə ediblər.

BAKU.WS