VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov 1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Cəfərov Tofiq Məhərrəm oğlunun məzarını ziyarət edib, ailəsinə baş çəkib.

BAKU.WS xəbər verir ki, görüş zamanı icra başçısı şəhid ailəsinin problemləri ilə maraqlanıb.

Alimpaşa Məmmədov ölkə başçısı İlham Əliyevin şəhid ailələrinə diqqət və qayğısından danışıb, şəhid ailələrinin sosial vəziyyətinin və maddi rifahının yaxşılaşdırılması ölkə başçısının yürütdüyü siyasətin əsas istiqamətlərindən biriolduğunu bildirib.

İcra başçısı şəhidin ailə üzvləri - atası Cəfərov Məhərrəm Qədir oğlu, anası, Şəmkirdə yaşayan azsaylı xalqların nümayəndəsi olan Cəfərova Lyuda Feafovna ilə söhbətləşib. Görüş zamanı Alimpaşa Məmmədov şəhid anasının əlini öpməsi diqqətlərdən qaçmayıb.

Qeyd edək ki, son aylarda Prezident İlham Əliyev icra hakimiyyətlərində kadr islahatlarını sürətləndirib, icra başçılarına əhalinin qayğıları ilə yaxından maraqlanmağı, onların problemlərini həll etməyi, korrupsiya və rüşvətxorluğun qarısını almağı tapşırıb.

Ölkə başçısı işini düzgün yerinə yetirməyənlərin cəzalandıacağını da bildirib. Artıq bu istiqamətdə işlər də həyata keçirilib. Belə ki, Ağstafanın hazırkı, Yevlaxın isə keçmiş icra başçısı korrupsiya və rüşvətxorluğa görə saxlanılıb. Prezident dünən keçirdiyi müşavirədə xəbərdarlığını yeniləyib və hər kəsi işini düzgün yerinə yetirməyə çağırıb.

BAKU.WS
QALEREYA