SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Siirt şəhərindəki mövcud quyulardan gündə təxminən 700 barel xam neft çıxarılır. Yeni yataqların axtarılması istiqamətində işlər görülərkən 11,2 milyon barel neft yatağı aşkar olunub.

BAKU.WS xəbər verir ki, Siirtdəki neft sahəsindəki 5 quyudan gündə 2 min 500 metr dərinlikdən təxminən 700 barel xam neft çıxarılır.

Xam neft Batman TPAO-ya tankerlər tərəfindən daşınır və orada emal olunur.

Qeyd edək ki, Siirtin Kurtalan rayonundakı "ARI/TPO/K/M47-a1-1" kəşfiyyat sahəsində "Demirkuyu-1" yatağında neft kəşfiyyatı işləri aparılır. Tədqiqatlar nəticəsində "Demirkuyu-1" yatağında 11,2 milyon barel neft aşkarlanıb.

BAKU.WS
VİDEO