SİZİN REKLAM BURADA!
055 213 76 73


Balakəndə ata oğlunu güllələyib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Yeni Şərif kəndində qeydə alınıb. Kənd sakini 53 yaşlı Məhəmməd Bağmanov ailə münaqişəsi nəticəsində oğlu, 32 yaşlı Əhməd Bağmanovu güllələyib.

Tüfəngdən açılan atəş nəticəsində ətrafa yayılan qırmalar daha 3 nəfəri yaralayıb. Onlardan biri azyaşlıdır.

Məlumata görə, 32 yaşlı Əhməd Bağmanov bir neçə gün öncə Rusiya Federasiyasından qayıdıb. Hadisənin ata ilə oğlunun aralarında yaranmış mübahisə nəticəsində baş verdiyi bildirilir.

Yaralılar dərhal Balakən rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onlar həkimlər tərəfindən müayinə olunur. Əhməd Bağmanov isə əməliyyata götürülüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

BAKU.WS