SİZİN REKLAM BURADA!
055 213 76 73


Anaları vəfat etmiş azyaşlılara işgəncə verən ögey ananın həbs olunmaması doğma xala ilə babanı qəzəbləndirib.

BAKU.WS xəbər verir ki, ATV-nin "BizimləSən" proqramına gələn Qulu kişi və Tərgül xanım "Əsl cinayətkar Nuranədir, əslində o həbs olumalı idi", deyərək öz etirazlarını bildiriblər. 

Verilişin aparıcısı Zaur Baxşəliyev baba və xalanı sakitləşdirməyə cəhd edib və hüquq-mühafizə orqanlarının haqlı qərar çıxardığını bildirib. Aparıcının sözlərinə məhəl qoymayan babanın emosional çıxışı efirdə gərgin anlar yaşadıb. Etikadan kənar ifadələr səsləndiyindən Qulu kişinin səsi efirə verilməyib. Baba da, xala da ögey ananın həbs olunmasını tələb ediblər.

Onların sakitləşməməsi aparıcını özündən çıxarıb: 

"Məni də çöndərib özümdən çıxarmayın. Bilirsən ki, salamat adam deyiləm. Burada özümü təmkinli aparmağılma baxma, sənin dədəndən də betərəm!"

Xatırladaq ki, Ağcabədi rayon sakini Xəqani Əkbərovun Nüranə Əkbərova ilə birləşərək köməksiz vəziyyətdə olan övladları Qulu Əkbərov və Hüseyn Əkbərzadəni Zabrat qəsəbəsində yaşadıqları evdə mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə fiziki ağrılar yetirməsi, ümumiyyətlə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirmələrinə əsaslı şübhələr müəyyən edilib. Azyaşlıların aldıqları bədən xəsarətlərinin əmələ gəlmə müddətlərinin ataları və analıqları ilə birlikdə yaşadıqları vaxta uyğun gəlməsi məhkəmə-tibbi ekspertizasının rəyləri ilə bir daha təsdiq olunub.

İstintaq zamanı azyaşlılar Ailə, qadın və uşaq problemləri üzrə Dövlət komitəsinin, Sabunçu rayon İcra Hakimiyyəti başçısının yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndələrinin, 371 saylı orta məktəbin ixtisaslaşmış müəllim-psixoloqu və xalasının iştirakı ilə ataları və analıqları tərəfindən işgəncələrə məruz qalmaqla çoxsaylı bədən xəsarətləri yetirilməsi barədə ifadə veriblər. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO