SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Rusiya xəstəxanaları, məktəbləri bombalayır. Türkiyə sərhəd təhlükəsizliyini qorumaq üçün həmlə edir deyə Rusiya Türkiyəni BMT Təhlükəsizlik Şurasına şikayət edir. Bu nə arsız bir yanaşmadır".
 
BAKU.WS-in məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu söyləyib. O bildirib ki, bombardmanları alçaq Rus təyyarələri edib. 
 
Türkiyə baş nazirinin sözlərinə görə, PYD xüsusilə, Rusiya-Türkiyə arasında yaşanan gərginlikdən sonra Rusiyanın regional planlarının legioneri, muzdlusu kimi fəaliyyət göstərir. "PYD Türkiyəyə zərər verməyi qarşısına prioritet kimi qoyub. YPG və PYD kürdləri təmsil etmir. Onlar heç Suriyanın da nümayəndəsi deyil. Bu silahlı birləşmələr Rusiyanın pullu əsgərləridir", - deyə Ə.Davudoğlu söyləyib. 
 
Baş nazir Türkiyənin lazım olduğu müddətcə regionda qarışıqlığa müdaxilə etməyə davam edəcəyini söyləyib: "Türkiyə Azeze istiqamətli hücumlara qətiliklə mane olacaq və cavab verəcək. Yeni bir qaçqın axını yaradılmasına və qırğına əsla icazə verməyəcəyik. Türkiyənin sərhəd təhlükəsizliyini təhdid edən kim olursa olsun eyni rəftarı göstərəcəyimizdən heç kimin şübhəsi olmasın".
 
BAKU.WS