SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycana hər səfərimdən sonra mən Ukraynaya yeni hisslərlə, yeni emosiyalarla və yeni dostlarla qayıdıram”.

BAKU.WS xəbər verir ki, bunu Bakıda səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə deyib.

Zelenski qeyd edib ki, Azərbaycan çox qonaqpərvər torpaqdır:

“Fürsətdən istifadə edərək, Sizi də Ukraynaya rəsmi səfərə dəvət edirəm. Əmin edirəm ki, biz də olduqca qonaqpərvər bir ölkəyik.

Ölkələrimiz arasında hazırda da olduqca möhkəm münasibətlər var. Əminəm ki, bu səfərin nəticəsi olaraq biz onu yeni mərhələyə qaldıra biləcəyik. Azərbaycana minnətdarlığımızı bildirmək istəyirik ki, Azərbaycan Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Xahiş edirəm biləsiniz ki, biz də, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”.

BAKU.WS