VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) icra etdiyi "Azərbaycanda Vətəndaş Cəmiyyəti - Media - Hökumət və Özəl sektorun Səyləri ilə Hərəkət İmkanları Məhdud İnsanların Yaşam Şəraitinin Yaxşılaşdırılması və Hüquqlarının Qorunmasının Gücləndirilməsi” layihəsi çərçivəsində Gəncə şəhərində hərəkət imkanları məhdud insanlar və onların ailə üzvləri üçün "Əlillərin hüquqlarının qorunması üçün mövcud qanunvericilik” mövzusunda təlim keçirilib.
 
BAKU.WS-in məlumatına görə, təlim zamanı mövcud ombudsman təssisatının əlillərin fəaliyyətinin qorunmasında fəaliyyəti və əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq və ölkədaxili standartlar müzakirə olunmuşdur.

Layihənin məqsədi hərəkət imkanları məhdud olan insanların yaşam şəraitinin yaxşılaşdırılması və eyni zamanda onların hüquqlarının qorunmasının gücləndirilməsidir. Layihə həyata keçirilən rayonlarda (Gəncə şəhəri, Goranboy, Samux, Şəmkir və Göygöl rayonları) hərəkət imkanları məhdud insanların hüquqularının qorunması üçün onlara və onların ailə üzvlərinə, həmçinin müvafiq dövlət strukturları, KİV və QHT nümayəndələri üçün təlimlərin təşkil olunacaqdır.

Təlimi giriş sözü ilə müstəqil ekspert Rövşən Novruzov açaraq layihə barəsində proyektor vasitəsilə təqdimat etdi. Eyni zamanda Gəncə şəhəri icra hakimiyyətinin nümayəndəsi də çıxış edib təlim işirakçılarına uğurlar arzuladı. Təlimdə Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov "Əlillərin hüquqlarının qorunması üçün mövcud qanunvericilik” mövzusunda təlimi davam etdirdi.

Təlim interaktiv bir formada keçirildi. Təlim işirakçıları tərəfindən təlimdə iştirak edən maraqlı tərəflərə müxəlif suallarla müraciət olundu. Təlimdə işirak edən Ombudsmanın nümayəndəsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncə şəhəri Əhalinin Sosial Müdafiəsi Mərkəzinin, Dölət Sosial Müdafiə Fondunun Nizami və Kəpəz rayonu şöbələrinin, Nizami və Kəpəz rayon bələdiyyələrinin nümayəndələri təlim iştirakçıları tərəfindən qaldırılan sualları cavablandırdılar (pandus, məşğulluq məsələləri, əlilliyi olan insanlara kredirlərin verilməsi, mənzil və avtomobil verilməsi və digər məsələlər ilə bağlı suallar verildi).
Layihə çərçivəsində yaradılacaq "Çağrı Mərkəzi”ndə hərəkət imkanları məhdud insanlara hüquqi yardımın göstərilməsi, onların reabilitasiya və sosial problemləri ilə bağlı məsləhətlərin verilməsi təşkil olunacaqdır.
 
Layihənin icrası nəticəsində hədəf rayonlarda xeyli sayda hərəkət imkanları məhdud olan insanlar öz hüquqları sahəsində yeni bilik və bacarıqlar əldə edəcəklər. Eyni zamanda, dövlət strukturları, KİV və QHT-lərin iştirakı ilə ictimai dinləmələr keçiriləcəkdir ki, bunun nəticəsində maraqlı olan tərəflər hərəkət imkanları məhdud insanların yaşam şəraitinin yaxşılaşdırılması və hüquqlarının qorunması sahəsində öz təkilf və tövsiyyələrini təqdim edəcəklər. Layihə Avropa İttifaqının tərəfindən maliyyələşdirilir.
 
BAKU.WS