SİZİN REKLAM BURADA!
055 213 76 73



 

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gündüz mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7 dərəcə isti, gündüz 11-16  dərəcə isti, bəzi yerlərdə 19 dərəcə isti, Bakıda gecə 5-7  dərəcə isti, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.

Fevralın 17-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşam isə yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 2-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti, bəzi yerlərdə 21 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 12-17 isti olacaq.

BAKU.WS