SİZİN REKLAM BURADA!
055 213 76 73


Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Lincoln Mercury” markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və risk profillərinin qiymətləndirilməsinə əsasən “Qırmızı kanal”a yönləndirilib.

DGK-dan BAKU.WS-ə verilən məlumata görə, o, şifahi sorğu-sual zamanı idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Nəqliyyat vasitəsinin yoxlanması zamanı baqaj hissəsində - döşəmə ilə benzin çəninin arasındakı boşluqda gömrük nəzarətindən gizlədilən hər biri 1 litrlik şüşə qablaşdırmada üzərində “Nemiroff Original” yazılan 16 ədəd spirtli içki və 3 qutu “Sony PS4” oyun konsolu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA