055 213 76 73
"Azərbaycanla Rusiya arasındakı münasibətlərdə iqtisadi əməkdaşlıq öncül əhəmiyyətə malikdir".
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan – Rusiya İşgüzar Şurasının Bakıda keçirilən iclasında İdarə Heyətinin sədri Səməd Qurbanov bildirib.
S.Qurbanov həmin əməkdaşlığın inkişafında, iki ölkə arasında ticarət dövriyyəsinin artmasında Şuranın fəaliyyətinin əhəmiyyətini qeyd edib.
“Bu il Azərbaycan – Rusiya İşgüzar Şurasının altı iclasını keçirmişik, üzvlərin sayı artıb. Bu gün 145 şirkət və təşkilat Şuranın üzvüdür. Gələn ilin əvvəlində Şuranın yeni tərkibdə ilk iclasını keçirəcəyik”, – Şuranın sədri bildirib.
Onun sözlərinə görə, həmçinin Azərbaycan – Rusiya İşgüzar Şurasının Turizm Komissiyasının da iclası gələn ilin əvvəllərində keçiriləcək.