SİZİN REKLAM BURADA!
055 213 76 73


"Əgər öz evini gizlədib dövlətdən ev almaq fikrindəsənsən, and olsun Allaha, bu ən böyük şərəfsizlikdir!" Əməkdar artist Elnurə Abdullayeva bu sözləri evlərini, villalarını gizlədib dövlətdən ev istəyən həmkarlarına ünvanlayıb. 

BAKU.WS xəbər verir ki, xanəndə "5-də5" verilişində bu mövzuda olduqca sərt danışıb:

"İnsanın vicdanı, qeyrəti olar. Adam dövlətinə, xalqına yük olmaz. Qoy dövlətimiz şikəstimizin, imkansızın, Qarabağ əlilimizin dərdini çəksin. Bunlar onsuz da dövlətimizə bir yükdür. Bu gün mən qazandığım halda dövlətimə yük olmaq istəyirəmsə, Allah mənə qənim olsun!"

BAKU.WS
VİDEO