VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UFC-nin yüngül çəkidə mütləq çempionu Həbib Nurmaqomedov Ümra ziyarətinə gedib.

BAKU.WS xəbər verir ki, bu barədə idmançı "İnstagram" səhifəsində paylaşım edib.

31 yaşlı idmançı Kəbə evinin şəklini paylaşıb və bu sözləri yazıb: "Hər şeyi verdiyi üçün Allaha həmd olsun".

Xatırladaq ki, Nurmaqomedov qaydasız döyüş növündə (MMA) 28 qələbə qazanıb ki, bunlardan səkkizi nokautla baş verib.

Rusiyalı idmançı UFC-də növbəti döyüşünü 18 aprel 2020-ci ildə amerikalı Toni Ferqüsona qarşı keçirəcək.

BAKU.WS
QALEREYA