SİZİN REKLAM BURADA!
055 213 76 73


ARB-nin "Səhər-səhər" proqramında aparıcı ilə qonaq arasında qalmaqal yaşanıb. 

BAKU.WS xəbər verir ki, xalq artisti Məleykə Əsədova teatrla bağlı fikirlər söyləməsi Rövşanə Ağasəfqızını özündən çıxarıb.

Aparıcı aktrisaya bir müddət əvvəl teatr mövzusunda proqrama dəvət olunması, lakin efirə gəlməməsini xatırladıb:

"Teatrı müzakirə etmək istədik, gəlmədiniz. İndi sizi teatrdan danışmağa çağırmamışıq. Mən sözümü deyən jurnalistəm və kimsə mənim qabağımda dayana bilməz. 1-2 həftə öncə Teatr Xadimləri İttifaqı mövzusunu müzakirəyə çıxarmaq istədik. Təəssüf edirəm ki, teatr məsələsi ilə bağlı efirə heç kim çıxmaq istəmədi. Nə İttifaqın katibi gəldi, nə də digərləri. Mənim əlimdə məhz Akademik Dram Teatrının aktyorlarının votsab yazışmaları və səs yazıları var. Lazım gəlsə təqdim edə bilərəm". 

BAKU.WS
VİDEO