SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda “Turizm haqqında” qanuna və Vergi Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanır.

BAKU.WS xəbər verir ki, bunu APA-ya Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, bu istiqamətdə hazırda dövlət qurumları ilə müzakirələr aparılır:

“Məsələn, müzakirə olunan məsələlərdən biri ölkədə göstərilən turizm xidmətlərinin qiymətlərinin optimallaşdırılması üçün mövcud bazar iqtisadiyyatı şəraitində şirkətlər arasındakı rəqabət mühitini pozmadan müəyyən mexanizmlərin hazırlanmasıdır. Əlbəttə, qiymətlərin daha münasib olması birmənalı olaraq rəqabət mühitinin olmasıdır və bunu nəzərə alaraq hesab edirəm ki, hotellərin və turizm obyektlərinin sayının artırılması istiqamətində müəyyən işlər görülməlidir. Hazırda bu sahəyə daha çox investisiyanın cəlb edilməsi istiqamətində İqtisadiyyat Nazirliyi ilə birgə işlər həyata keçiririk”.

Agentliyinin sədri ölkədə turizm reyestrinin yaradılması istiqamətində aparılan işlərə toxunaraq bildirib ki, işlər tamamlanmaq üzrədir və reyestr yaxın vaxtlarda istifadəyə veriləcək. Reyestrdə həm hotellər, həm də turizm sahəsində göstərilən xidmətlərlə bağlı məlumatlar əks olunacaq.

BAKU.WS