VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni ilin yaxınlaşması ilə bağlı artıq paytaxt Bakıda bayram ab-havası hiss olunur. Mərkəzdə ağaclar bəzədilir, mağazalarda oyuncaqlar satılır və ən əsası da metro çıxışlarında Yeni il yarmarkaları fəaliyyətə başlayıb.

BAKU.WS Trend-ə istinadən yarmarkalarda satılan yeni il atributlarının qiymətlərini təqdim edir.

Əksər malların Çindən gəldiyini söyləyən sahibkar bildirib ki, yarmarka bir həftəyə yaxındır fəaliyyətə başlayıb, alıcıların sayı çoxalıb.

Satıcının sözlərinə görə, Yeni il atributlarından olan yolkanın qiyməti hündürlüyünə görə dəyişir. Normalda ən qısası (60 sm) 6 manat, ən hündürü isə (2.40 sm) 100 manatdır.

Sahibkar qeyd edib ki, gələn il siçan ili olduğuna görə yumşaq oyuncaqlar arasında daha çox bu heyvanı almağa üstünlük verilir.

Qiymətlər isə 3-25 manat arası dəyişir. Ən bahalı hədiyyələr isə Yeni il suvenirləridir. Onların da qiyməti müxtəlifdir, ən ucuzu 30 manatdan başlayır.

Bundan başqa, bayram yolkalarının bəzədilməsində istifadə edilən aksessuarların qiymətləri görünüşündən, ölçüsündən və keyfiyyətindən asılı olaraq dəyişir.

Nisbətən sadə görünüşlü, kiçik bir bəzək əşyasını 1-1.50 manata almaq mümkündür.

Hədiyyələr arasında Qar qızı və Santa Klaus geyimləri də var. Böyüklər üçün olan geyimlərin qiyməti 8-15, uşaqlar üçün isə 3-10 manatdır.

Satıcı qeyd edib ki, ötən illə müqayisədə demək olar ki, heç bir dəyişiklik baş verməyib. Satılan mallar da, onların qiyməti də eyinidir.

Yarmarka dekabr ayının 31-nə kimi davam edəcək.

Xatırladaq ki, Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar - Yeni il bayramı münasibətilə bayram yarmarkalarına start verilib.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentindən Trend-ə verilən məlumata görə, hər il olduğu kimi, bu il də bayram yarmarkaları ilə bağlı BŞİH və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən dislokasiya təsdiq olunub.

Dislokasiyaya görə, bayram yarmarkaları əsasən şəhərdə, metrostansiyaların qarşısında quraşdırılıb.

Hazırda Nəsimi, Nərimanov, Yasamal, Binəqədi, Nizami, Xətai rayonlarında 12 ərazidə 23 bayram yarmarkası üçün çadırlar quraşdırılıb.

BAKU.WS
QALEREYA