SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Yolu keçmək istəyən Göygöl rayon sakini, 1973-cü il təvəllüdlü Abbasov Elxan Hacıəhməd oğlu yolu keçmək istəyən zaman onu "VAZ 2107" markalı avtomaşın vurub. Yaralı dərhal sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən kişinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA