VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Parisdə Rusiya və Ukrayna Prezidentlərinin görüşündə Ukraynanın şərqində bu ilin sonuna qədər atəşkəsin təmin edilməsi məsələsində razılaşma əldə edilib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

O deyib ki, iki ölkə arasında əsir və məhkumların dəyişdirilməsi məsələsi də müzakirə edilib və dekabrın 24-nə, ən geci isə dekabrın sonuna qədər bunun icra edilməsi istiqamətdə razılıq da əldə edilib.

Zelenski bu razılaşmaları “zəfər” olaraq adlandırıb:

“Dəyişiklik üçün “hər kəsə qarşılıq hər kəs” formulu üzərində razılaşdıq. Minsdə bu yazılmışı, amma indi bunun tarixi üzərində ortaq qərara gəldik”.

Bundan başqa, Ukraynanın şərqində bölgələrin minalardan təmzilənməsi üçün yeni planın hazırlanması da müzakirə edilib.

Zelenski bəzi məsələlərdə isə razılaşma əldə edə bilmədiklərini, açıq qalan mövzuların 4 ay sonra keçiriləcək “Normandiya Liderlər Zirvəsində” müzakirə ediləcəyini də söyləyib:

“Ukraynın şərqində Rusiya ilə sərhədə nəzarətin bizə keçməsində israrlıyıq. Bundan başqa, Ukraynanın federallaşması üçün Konstitusiyaya dəyişiklik edilməsinə isə imkan verməyəcəyəm. Bu kimi məsələlərdə fikir ayrılığımız var. Bunlar 4 ay sonra yenidən müzakirə ediləcək.

Putin isə Donbasa özəl status verilməsi üçün Ukrayna Konstitusiyasına dəyişiklik edilməsinin lazımlı olduğunu bildirib.

Rusiya Prezidenti təmas xəttində keçid məntəqələrinin sayının artırılmasının zəruri olduğunu da deyib:

“Saatlarla davam edən nəzarət mexanizmlərini sürətləndirərək minlərlə insanın keçidi məsələsində lazımlı şəstləri təmin etməliyik. Etdiyimiz razılaşmalar insanların həyatını asanlaşdırmalıdır”.

Fərid ƏDALƏT

BAKU.WS