SİZİN REKLAM BURADA!
055 213 76 73


İlon Mask Qrayms təxəllüsü ilə məşhur olan müğənni Kler Elis Buşe ilə birlikdə “Tesla” kompaniyasının məhsulu olan elektrik mühərrikli “Tesla Cybertruck” pikapla Kaliforniya Ştatının Los-Anceles şəhərinin küçələrini gəzib.

BAKU.WS xəbər verir ki, ilk dəfədir Kaliforniya meqapolisi küçələrində görünən pikapın seriya istehsalı 2021-ci ilə planlaşdırılır. Kompaniya artıq 250 mindən çox sifariş qəbul edib. İlon Mask noyabrın sonlarında avtomobilin təqdimatında onun kuzasının xüsusilə möhkəm olduğunu deyib: çəkiclə endirilən zərbə pikapın qapısında iz qoymayıb, üstünə ağır metal şar atılan pəncərə şüşəsində isə yalnız çatlar əmələ gəlib.

Elektromobil mühərrikin sayı və ötürücü tipindən asılı olaraq, üç komplektdə - 39,9 min, 49,9 min və 69,9 min dollara satışa çıxarılacaq. Pikapın ən bahalı variantı əlavə enerji yüklənmədən 800 kilometr məsafə qət edə, saatda 100 kilometr sürəti isə 2,9 saniyədə yığa bilir. Onun yükdaşıma qabiliyyəti 1,5 tondur.

Qeyd edək ki, 2003-cü ildə İlon Mask tərəfindən əsası qoyulan kompaniyasının mənzil qərargahı Kaliforniya ştatının Palo-Alto şəhərində yerləşir. Əvvəlcə elektromobil istehsalı üzrə ixtisaslaşan “Tesla” sonradan günəş batareyaları və digər enerji toplama sistemləri hazırlamağa başlayıb.

BAKU.WS
QALEREYA