VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiyanı dörd il beynəlxalq yarışlardan kənarlaşdırmaq qərarı qəbul edib.

BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Təşkilatın icra komitəsi bu cür sanksiyaları Rusiyaya tətbiq etməyi təklif edən uyğunluq komitəsinin tövsiyələrini qəbul edib.

Qərar yekdilliklə qəbul edilib. Qadağa bütün beynəlxalq yarışlara, o cümlədən olimpiya oyunlarına və dünya çempionatlarına şamil olunur.

Digər bir qərarla İcraiyyə Komitəsi ölkədə dünya çempionatlarının qəbul edilməsini, habelə onların keçirilməsi üçün ərizələrin verilməsini də qadağan edib.

Bundan əlavə, Rusiya rəsmiləri, eləcə də Rusiya Olimpiya və Paralimpiya Komitələrinin işçiləri beynəlxalq idman tədbirlərində iştirak etmək üçün dörd illik qadağaya məruz qalıblar.

BAKU.WS