SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanda yayımlanan televiziya kanallarından biri Türkiyənin İğdır şəhərini özünküləşdirməyə cəhd göstərib.

BAKU.WS xəbər verir ki, "Western Armenian TV" İğdırda havanın çirklənməsi barədə məlumat verərkən şəhəri Qərbi Ermənistan ərazisi kimi təqdim edib.

Telekanalın həyasızcasına bu addımı Türkiyə ictimaiyyəti tərəfindən etirazla qarşılanıb.

Türkiyə Azərbaycan Dostluq Dərnəyinin sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Serdar Ünsal bildirib ki, İğdırın Qərbi Ermənistan şəhəri olması mümkün deyil: "Türk düşməni olan ermənilər xəyallarını hər fürsətdə ortaya qoyurlar. Bu da onların gözlərinin illər boyu Türkiyə ərazisində olduğunu göstərir. Hətta yaşadıqları Yerevan da bir Türk vətəni, Qərbi Azərbaycanın bir hissəsidir".

BAKU.WS