VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış aparıcı Firəngiz Cəlilova yanacqdoldurma məntəqələrinin birində xoşa gəlməz halla üzləşib.

BAKU.WS xəbər verir ki, bu barədə o, "İnstagram" səhifəsində paylaşım edib.

F.Cəliova qeyd edib ki, “Azpetrol LTD” MMC-yə məxsus yanacaqdoldurma məntəqəsindəki əməkdaşlardan biri ona müraciət edən digər əməkdaşa "ala" və söyüşlə cavab verib.

Aparıcı xoşagəlməz halla üzləşdirkdən sonra bunu lentə alıb və nalayiq ifadə işlədən şəxsə etdiyi hərəkətin yanlış olduğunu bildirib:

"Dostlar, əminəm ki, siz də mənimlə razı olacaqsınız ki, biz gənclər yaşda böyük kəslərdən ibrət götürürük. Əgər nümunə saydığımız nəslin nümayəndələrinin bəziləri ictimaiyyətdə davranış qaydalarına riayət edə bilmirlərsə, o zaman gənc nəslin nümayəndələrindən biz nə gözləyək?

Məsələ orasındadir ki, bu gun saat 9:00 radələrində Abbas Mirzəyev Şərifzadə 427 ünvanında yerləşən Azpetrol yanacaq doldurma məntəqəsində maşında əyləşən sürücülərə məhəl qoymadan operatorlardan yaşca böyük olan Ağayev Mübariz (onu bu cur təqdim etdilər) adlı bir şəxs gənclərə söyüşlə muraciət edirdi.

Anladığım qədərilə etik qaydalardan bixəbər olan bu şəxsin iş fəaliyyəti də sual altındadır. Şəxsən mənə avtomobilə vurulan yanacağın qəbzini verən zaman belə “ALA” kəlməsindən istifadə etdiyi üçün anladım ki, ailəsində olan qadınlara qoyduğu hörmətdən irəli gəlir.

“Azpetrol LTD” MMC-nin rəhbərliyindən xahiş edirəm ki, işə işçi cəlb edən zaman onlara insanlarla ilkin davranış qaydalarını “Buyurun”, “Zəhmət olmasa” “Təşəkkür edirik” və s. bu kimi ifadələrin dillərində vərdiş almasını tələb etsin. Ən azından ona görə ki, sizin əməkdaşlar “Azpetrol LTD” MMC-nin simasıdır.

İnanmıram ki, simanızın bu cür ucuzlaşması siz tərəfdən təqdirəlayiq hesab oluna bilər. Eyni zamanda da artıq sizin sloqanı eşitməz olduq: Azpetrol, yaxşı ol".

BAKU.WS
VİDEO