055 213 76 73
Bakıda 31 yaşlı kişi birlikdə yaşadığı sevgilisindən polisə şikayət edib.
BAKU.WS-in "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə Suraxanı rayonunda baş verib.
Qaraçuxur qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü T.Məmmədov polis bölməsinə müraciət edərək bildirib ki, sevgilisi 1990-cı il təvəllüdlü K.Bayramova oğurluq edib. T.Məmmədov şikayətində qeyd edib ki, birlikdə yaşadığı sevgilisi onun evindən 500 manat oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS