Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS "apa"ya istinadən xəbər verir ki, hadisə "Sədərək" ticarət mərkəzində qeydə alınıb.
1958-ci il təvəllüdlü Həqiqət Mahmudova ticarət mərkəzinin ərazisində bıçaqlanıb. Qadın aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
BAKU.WS