SİZİN REKLAM BURADA!
055 213 76 73


Uzun zamandır efirlərdən uzaq gəzən Xalq artisti Nisə Qasımova ATV-də yayımlanan “Ulduzlu yayım” şou proqramında villasından bəhs edib.

BAKU.WS "oxu.az"a istinadən  xəbər verir ki, sözügedən verilişdə qonaq olan N.Qasımova 1994-cü ildən təmirinə başladığı malikənəsini bu günə kimki təmir etdirdiyini bildirib:

“Villam Xızı rayonunun Altıağac kəndində yerləşir. Hərdən gedib evimə baş çəkirəm. Malikanəmin divarlarına, daşlarına, pilləkəninə əlimi çəkirəm, gözlərim dolur. Baxıb deyirəm ki, bir zərrə də olsun, sizdə haram yoxdur. Evin nə torpağında, nə onun divar kağızında haram deyilən şey yoxdur. Bu gündən sonra mənim övladlarım o evdə yaşamaq istəsələr, o divarlardan ancaq paklıq, saflıq və halallıq qoxusu gələcək”.

BAKU.WS