VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Odessa şəhərindəki kollecdə baş verən dəhşətli yanğınla bağlı başsağlığı verib. 

BAKU.WS xəbər verir ki, bu barədə XİN-in “Twitter” səhifəsində məlumat yerləşdirilib.

Bildirilir ki, Odessa şəhərindəki kollecdə həyatını itirənlərlə bağlı Ukrayna xalqına dərin hüznlə başsağlığı verilir və yaralananların tezliklə sağalması istənilir. 

Qeyd edək ki, Odessa şəhərindəki kollecdə 5 dekabrda baş verən yanğında 10 nəfər həyatını itirib, 30 nəfər yaralanıb.

BAKU.WS