VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu il noyabrın 2-də Bakının Səbail rayonunda Dənizkənarı Bulvar boyunca guya erməni milliyətindən olan şəxslərin avtomobillə hərəkət edərək erməni dilində danışıb qeyri-etik ifadələr işlətmələri ilə bağlı video yayılıb. 

BAKU.WS İTV-yə istinadən xəbər verir ki,  "Ermənilər Bakıda" başlıqlı bu görüntü müəyyən müzakirələrə də səbəb olub.

Jurnalist araşdırması nəticəsində bəlli olub ki, həmin şəxslər Gürcüstan vətəndaşı olan azərbaycanlılar olub. Tbilisidə yaşayan həmin şəxslər yaxınlarının toy mərasimində iştirak etmək üçün Bakıya gəliblərmiş.

Onlar etdikləri əməldən peşiman olaraq Azərbaycan xalqından üzr istəyiblər.

BAKU.WS
VİDEO